Daxili İşlər Nazirliyi Sxvariçamiada baş vermiş qət faktı üzrə 7 nəfərin yaxalanması ilə bağlı rəsmi məlumat yayır
Daxili İşlər Nazirliyi Sxvariçamiada baş vermiş qət faktı üzrə 7 nəfərin yaxalanması ilə bağlı rəsmi məlumat yayır.
İdarənin məlumatına görə, polis 7 nəfəri xuliqanlıq, yalan məlumat vermək və cinayət barədə məlumat verməmək ittihamı ilə həbs etdi.
“Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti PolisDepartamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və əməliyyat tədbirləri nəticəsində, cari ilin iyulun 28-də Sxvariçamiada baş verən, 2002-ci il təvəllüdlü M.Kş-nın qətli faktı istintaqı çərçivəsində, yeddi nəfəri xuliqanlıq, yalan məlumat vermək və cinayət barədə məlumat verməmək ittihamı ilə həbs etdilər.
Polis qətli törədən şəxsin kimliyini müəyyən edib. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində fəal əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qəsdən qətl, xuliqanlıq, yalan məlumat vermək və cinayət barədə məlumat verməmək faktı üzrə istintaq GCM-nin 108, 239, 370 və 376-cı maddələri ilə aparılır”, – DİN-in bəyanatında deyilir.