Daxili İşlər Nazirliyi şəxsi həyatı əks etdirən gizli videoların yayılması ilə bağlı 16 nəfəri həbs etdi
Daxili İşlər Nazirliyi şəxsi həyatı əks etdirən gizli videoların yayılması ilə bağlı 16 nəfəri həbs etdi

Daxili İşlər Nazirliyi şəxsi həyatı əks etdirən gizli videoların yayılması ilə bağlı 16 nəfəri həbs etdi, – bu barədə bəyanatı mərkəzi kriminal polis departamentinin rəhbəri Vladimer Bortsvadze keçirdiyi brifinqdə verdi.

Onun bəyanatına görə, qeyd olunan şəxslər sosiyal şəbəkə və mobil internet aplikasiyası vasitəsi ilə, vətəndaşların şəxsi həyatının təfərrüatlarını əks etdirən videolar yayırdılar.

Faktla bağlı istintaq davam edir. Təsdiqləndiyi halda, qeyd olunan cinayət 4-dən 8 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“İctimaiyyətə müraciət edirik ki, bu cinayət hərəkətlərinə qoşulmasınlar və qeyd olunan videoları sosiyal şəbəkələrdə paylaşmasınlar. Əks təqdirdə qanunla cəzalandırılacaqlar” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.