Daxili İşlər Nazirliyi - şəhər şurasının deputatlarından birinin və onu müşayiət edən şəxslərin sağlamlığına dəyən zərərlə bağlı qrup zorakılığı maddəsi ilə araşdırma başlanıb
Tbilisi Şəhər Şurasının deputatlarından birinin və onu müşayiət edən şəxslərin səhhətinə zərər dəyməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Qldani-Nadzaladevi baş şöbəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin qrup zorakılığını nəzərdə tutan 126-cı maddəsinin birinci prima hissəsi ilə istintaq başladılıb, – Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, biildiriş əsasında hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfərin bədənində müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən qanaxma aşkar ediblər. Qeydolunan şəxslər tibb müəssisəsinə yerləşdirilib.
“Hadisədən az sonra Qldanidə toplaşan yaralıların dostları və həmkarları asayiş keşikçilərinin xidməti vəzifələrini yerinə yetirməsinə mane olub, onlara şifahi və fiziki təzyiq göstərib və müqavimət göstəriblər. Polis əməkdaşları isə inzibati xətalar kodeksi əsasında üç şəxsi saxlayıb.
Qarşıdurma nəticəsində polis əməkdaşlarının bədənlərində müxtəlif dərəcəli xəsarətlər yaranıb. Faktla bağlı, Cinayət Məcəlləsinin polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən hücum etməni nəzərdə tutan 353-cü prima maddəsi əsasında araşdırma başladılıb.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən şəxslər istintaq-əməliyyat tədbirləri çərçivəsində tibb müəssisəsinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməkdən imtina edib və məhkəmədə ifadə verəcəklərini izah ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir, müvafiq tədbirlər görülür”, – məlumatda deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev