Daxili İşlər Nazirliyi Sameqreloda yetkinlik yaşına çatmayan şəxsə münasibətdə cinsi xarakterli cinayət ittihamı ilə iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo-Svaneti Polis İdarəsinin Tsalencixa Rayon Şöbəsinin əməkdaşları yetkinlik yaşına çatmayan şəxsə münasibətdə cinsi xarakterli cinayət ittihamı ilə iki nəfəri saxlayıblar.

Nazirlikdən verilən məlumata əsasən 1976-cı il təvəllüdlü P.K. bilərəkdən yetkinlik yaşına çatmayan ailə üzvünə təcavüz etməkdə ittiham olunur, 1995-ci il təvəllüdlü T.D. isə yetkinlik yaşına çatmayan şəxsə təcavüz ittihamı ilə saxlanılıb.

“Cinayətlər 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

İstintaqla P.K.-nın azyaşlı övladı ilə onun istəyinə zidd olaraq cinsi əlaqədə olduğu, məsələnin üstü açılacağı təqdirdə onu öldürəcəyi ilə hədələdiyi məlum olub. Azyaşlı atasının hədələrini real olaraq qəbul edib və bu səbəbdən hadisəni illər boyunca gizlədib. İstintaqla həmçinin qonşu T.D. -nin də azyaşlı qızla sistematik şəkildə cinsi əlaqədə olduğu müəyyən edilib.

İstintaq bilərəkdən yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilməsi və bilərəkdən yetkinlik yaşına çatmayan ailə üzvünə təcavüz edilməsi faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin dördüncü hissəsinin “q” yarım bəndi və 11-ci prima 137-ci maddənin dördüncü hissəsinin “q” yarım bəndi ilə aparılır” -deyə məlumatda qeyd olunub.