Daxili İşlər Nazirliyi Saqareco polisinin baş leytenantı, Otar Ğvinaşvilinin vəfatından kədərləndiyini ifadə edir və ailəsinə başsağlığı verir
Daxili İşlər Nazirliyi Kaxeti Polis Departamenin Saqareco rayon idrəsinin baş detektivi, polis baş leytenantı, 1985-ci il təvəllüdlü Otar Ğvinaşvilinin vəfatından dərin hüznlə kədərləndiyini ifadə edir, mərhumun ailəsinə, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
“Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamenin Saqareco rayon idrəsinin baş detektivi, polis baş leytenantı Otar Ğvinaşvili çoxmənzilli yaşayış binalarından birinin həyətindən atışma olması barədə daxil olan zəng üzrə həmkarı ilə birlikdə bəyan oldu. Hücum edən şəxs mənzillərin birindən polislərə atəş açdı. Aldığı yaralardan polis baş leytenantı, Otar Ğvinaşvili dünyasını dəyişdi. Saqarecoda baş verən hadisə nəticəsində bir polis işçisi, dörd vətəndaş və eləcə hücum edən şəxs həlak olub. Beş nəfər müxtəlif bədən xəsarətləri alıb. İstintaq GCM-nin 109 və 236-cı maddələri ilə davam etdirilir”, – DİN-in bəyanatında deyilir.