Daxili İşlər Nazirliyi Qiorqi Qaxariyaya hücumla bağlı araşdırmalara başlayıb

10:38, 15.01.2025

Daxili İşlər Nazirliyi “Gürcüstan üçün Qaxariya” partiyasının lideri Qiorqi Qaxariyaya hücumla bağlı araşdırmalara başlayıb.

Qurumdan verilən məlumata görə, cinayət məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə istintaq başlayıb.

Məlumat üçün bildirək ki, Qiorqi Qaxariya Batumidə hücuma məruz qalıb. Məlumatı partiyanın mətbuat xidməti Gürcüstanın Birinci Kanalına təsdiqləyib, lakin onlar hücumun təfərrüatlarını açıqlamayıblar.

Oxşar