Daxili İşlər Nazirliyi polislərə hücum etməkdə təqsirli bilinən bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cari ilin martın 7-də parlament ərazisində keçirilən etiraz aksiyası zamanı polislərə qarşı həyata keçirilmiş hücum faktı ilə əlaqədar, Gürcüstan Cinayət Məcəlləsinin 353-cü Prima maddəsi ilə 2001-ci il təvəllüdlü T.A.-nı saxlayıblar -bu barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
İdarədən verilən məlumatda cinayətin dörd ildən yeddi ilədək həbs cəzasını nəzərdə tutduğu deyilir.
“Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama faktları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə 66 nəfər saxlanılıb.
Bəhsi keçən şəxslər tərəfindən törədilmiş qanun pozuntuları faktları qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim ediləcək.
Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 353-cü və 187-ci maddələri ilə parlamentin binası ərazisində davam edən etiraz aksiyası zamanı polis əməkdaşlarına hücum etmiş və digər zorakılıq hərəkətləri törədən şəxslərin müəyyən edilərək, həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”- deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.