Daxili İşlər Nazirliyi - parlamentin ərazisində keçirilən aksiyada inzibati qaydada saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb
Daxili İşlər Nazirliyi - parlamentin ərazisində keçirilən aksiyada inzibati qaydada saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları tərəfindən cari ilin martın 7 və 8-də parlamentin ərazisində keçirilən etiraz aksiyası zamanı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq saxlanılan bütün şəxslər azadlığa buraxılıb – bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Saxlanılan şəxslərin bir hissəsi məhkəmə qarşısına çıxarılıb, qalanları isə istintaq təcridxanasında qanunla müəyyən edilmiş qalma müddətinin başa çatması əsasında azadlığa buraxılıb.

Daxili İşlər Nazirliyində martın 7-8-də baş vermiş zorakılıq faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353 və 187-ci maddələri ilə istintaq davam etdirilir. Parlament binası ətrafında davam edən etiraz aksiyası zamanı polis əməkdaşlarına hücum edən və digər zorakılıq hərəkətləri törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq tədbirləri davam etdirilir”- deyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.