Daxili İşlər Nazirliyi - parlamentin ərazisində davam edən aksiyanın iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa, zorakılığa yönəlik çağırışlara yol verməməyə çağırırıq

Parlamentin binasının ərazisində davam edən aksiyanın iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa, zorakılığa yönəlik çağırışlara yol verməməyə çağırırıq- bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunduğu üzrə, Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binasının ərazisində davam edən aksiya ilə əlaqədar səfərbər olunub və ictimai asayişi qoruyurlar.

“Aksiya iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa çağırırıq. Eyni zamanda, aksiyanın təşkilatçılarına və iştirakçılarına zorakılığa yönəlik çağırışlara yol verməməyə və aksiyanın zorakılığa çevrilməməsini təmin etməyə dair xəbərdarlıq edirik. Daxili İşlər Nazirliyi ictimai asayişin və təhlükəsizliyin qorunmasını təmin edir. Nazirlik qanun pozuntusu faktları ilə bağlı bütün müvafiq tədbirlərə baş vuracaq və qanun çərçivəsində hüquqi tədbirlər görəcək” -deyə məlumatda deyilir.