Daxili İşlər Nazirliyi - Oni Munisipalitetində təbii fəlakət bölgəsində axtarış əməliyyatları səhər saatlarında bərpa edilib
Oni Munisipalitetində səhər saatlarından təbii fəlakət zonasında axtarış əməliyyatları bərpa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri Vaxtanq Qomelauri artıq ikinci gündür təbii fəlakət zonasındadır və o, mövcud vəziyyətlə yerindəcə məlumat alır və əməliyyat-axtarış tədbirlərini şəxsən müşahidə edir.
“Oni Munisipalitetində təbii fəlakət zonasında axtarış əməliyyatları on ikinci gündür davam edir. Həm təbii fəlakət zonasında, həm də Rion və Çanchaxa çaylarının yataqlarında intensiv işlər davam etdirilir. Axtarışlara canlı qüvvə, ağır texnika və üzən vasitələr cəlb olunub”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.