Daxili İşlər Nazirliyi narkotik cinayətləri törətdiklərinə görə üç xarici ölkə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Şöbəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin, Sameqrelo-Zemo Svaneti Polis Şöbəsinin və Gəlirlər Xidmətinin Gömrük Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda birgə həyata keçirilmiş kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 3 xarici ölkə vətəndaşı saxlanılıb.
Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə xarici ölkə vətəndaşları: 1993-cü il təvəllüdlü A.M., 1985-ci il təvəllüdlü S.T. və 1987-ci il təvəllüdlü M.L. saxlanılıb-məlumatı DİN yayır.
Verilmiş məlumatda cinayətin 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutduğu deyilir.
“Saxlanılan şəxslərin üzərində aparılan axtarışlar nəticəsində polis tərəfindən sübut kimi müxtəlif növ narkotik vasitələr götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.M.-ni Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar. Onun üzərində aparılan axtarışlar nəticəsində 125 bağlamada olan-bir kiloqram 352 qram narkotik vasitə olan “kokain” maddi sübut olaraq götürülüb. S.T.-dən 50 qrama qədər narkotik vasitə “metadon” götürülüb, həbs edilən M.L.-yə gəlincə, onun üzərində aparılan axtarış zamanı polis əməkdaşları tərəfindən bir paket narkotik vasitə “kokain” götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.