Daxili İşlər Nazirliyi narkorealizasiya ittihamı ilə həbs edilən 8 nəfərin işi ilə bağlı brifinq keçirəcək
Daxili İşlər Nazirliyi narkorealizasiya ittihamı ilə həbs edilən 8 nəfərin işi ilə bağlı saat 12:00-da brifinq keçirəcək.
Daxili İşlər Nazirliyi brifinqdə dünən gecə baş verənlərlə bağlı əlavə məlumat verəcək.
İdarənin məlumatına görə, “Basiani” və Qaleri” gecə klublarında narkotik maddələrini realizasiya edən 8 nəfər həbs edildi.
Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi 3 ay ərzində Tbilisidə intensiv operativ-istintaq işini aparırdı.