Daxili İşlər Nazirliyi Mtatsmindada "Tbilisi Prayda" qarşı çıxanların aksiyasında 26 nəfəri yaxaladı
Daxili İşlər Nazirliyi Mtatsmindada “Tbilisi Prayda” qarşı çıxanların aksiyasında 26 nəfəri yaxaladı. Bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verdilər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 26 nəfərin hamısı İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polisə müqavimət) maddələri ilə inzibati qaydada saxlanılıb.
Mövcud məlumata görə, həbs olunanlar arasında “Alt-infonun” liderləri – Zurab Maxaradze və İrakli Martinenko, həmçinin ata və oğul – Quram və Aleksandre Falavandişvili də var.