Daxili İşlər Nazirliyi “Milli Hərəkat”ın mitinqi ilə bağlı məlumat yayıb - hər hansı pozuntu faktı dərhal aradan qaldırılacaq və müvafiq cavab veriləcək
Daxili İşlər Nazirliyi “Milli Hərəkat”ın mitinqi ilə bağlı məlumat yayıb - hər hansı pozuntu faktı dərhal aradan qaldırılacaq və müvafiq cavab veriləcək

Daxili İşlər Nazirliyi Milli Hərəkatın mitinqi ilə bağlı məlumat yayıb.

Bəyanatda bildirilir ki, Gürcüstanın “Toplanmaqvə manifestasiya haqqında” qanununun 11-ci maddəsinə əsasən, toplantı iştirakçılarına qəsdən nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaratmaq qadağandır. Qurumdan verilən məlumata görə, həmin qanunun 11-ci maddəsinə əsasən, yolun hərəkət hissəsinin nəqliyyat vasitələri, müxtəlif konstruksiyalar və/və ya əşyalarla bağlanması yolverilməzdir.

“Bu il noyabrın 15-də Tbilisidə “Vahid Milli Hərəkat” siyasi partiyasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilməsi planlaşdırılıb, bu aksiya çərçivəsində Tbilisinin sağ və sol sahillərindəki yol qovşaqlarının bağlanması planlaşdırılır. Mitinqin bəyan edilmiş məqsədi Tbilisidə nəqliyyatın hərəkətini dayandırmaqdır.

Gürcüstanın “Toplanmaq və Manifestasiya haqqında” qanununun 11-ci maddəsinə əsasən, toplantı iştirakçılarına qəsdən nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaratmaq qadağandır. həmin qanunun 11-ci maddəsinə əsasən, yolun hərəkət hissəsinin nəqliyyat vasitələri, müxtəlif konstruksiyalar və/və ya əşyalarla bağlanması yolverilməzdir.

Gürcüstan Daxili İşlər Nazirliyi planlaşdırılan mitinqin təşkilatçılarına və iştirakçılarına xatırladır ki, yuxarıda göstərilən qaydaların pozulması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətlə nəticələnəcək.

Bundan başqa, Cinayət Məcəlləsinin 226-cı maddəsinə əsasən, ictimai asayişi kobud surətdə pozan və ya dövlət orqanının vəzifəli şəxsinin qanuni tələbinə açıq-aşkar tabe olmayan, habelə nəqliyyatın, müəssisənin, idarənin və ya digər şəxslərin işinə mane olan qrup hərəkəti təşkil etmək və belə aksiyada iştirak etmək cinayətdir. Bu əməlin törədilməsi 3 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Davam edən mitinq və toplantılar zamanı Daxili İşlər Nazirliyi vətəndaşları və siyasi liderləri Gürcüstan Konstitusiyasına hörmət etməyə, polis əməkdaşlarının peşəkar fəaliyyətinə hörmətlə yanaşmağa, dinc toplaşmaq haqqında qanundan kənara çıxmamağa, polisin tələblərinə tabe olmağa və ictimai asayişi qorumağa çağırır.

İstənilən qanun pozuntusu polis tərəfindən dərhal dayandırılacaq və müvafiq cavab tədbirləri görüləcək.

Eyni zamanda, zəruri hallarda Daxili İşlər Nazirliyi ictimai asayişin bərpası üçün qanunla nəzərdə tutulmuş proporsional gücdən və xüsusi vasitələrdən istifadə edəcək”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.