Daxili İşlər Nazirliyi mayın 14-də parlament yaxınlığında aksiya zamanı qrup şəklində əşyaya ziyan vurmaq ittihamı ilə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi mayın 14-də parlament yaxınlığında aksiya zamanı qrup şəklində əşyaya ziyan vurmaq ittihamı ilə iki nəfəri saxlayıb

 
Mayın 14-də parlamentin yaxınlığında aksiya zamanı qrup şəklində əşyaya ziyan vurmaq ittihamı ilə iki nəfəri saxlayıblar- bu haqda Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qrup şəklində əşyaya ziyan vurmaq ittihamı ilə 2005-ci il təvəllüdlü O.O.-nu və əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü S.M.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, cari ilin mayın 14-də Tbilisidə qanunverici orqanın binasının yaxınlığında davam edən etiraz aksiyası zamanı S.M. və O.O. digər şəxslərlə birlikdə həm fiziki güc tətbiq edərək, həm də dəmir əşyalardan istifadə etməklə parlamentin girişi yaxınlığında yerləşdirilmiş dəmir qoruyucu bəndə qəsdən ziyan vurublar” – Daxili İşlər Nazirliyindən bildirirlər.

DİN-dən verilmiş məlumatda, qurumun cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə istintaq hərəkətlərini davam etdirdiyi deyilir.

İstintaq qrup şəklində əşyaya ziyan vurmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “q” bəndi ilə aparılır. Cinayət altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.