Daxili İşlər Nazirliyi Marneulinin 69-cu məhəlləsində baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb
Daxili İşlər Nazirliyi Marneulinin 69-cu məhəlləsində baş vermiş faktla bağlı seçki saxtakarlığını nəzərdə tutan 164-cü prima maddəsi ilə araşdırmalara başlayıb.
Agentlik bu barədə Gürcüstanın Birinci Kanalına məlumat verib.
Sosial şəbəkələrdə Marneulidə bir şəxsin seçki qutusuna bülleten atması ilə bağlı video yayılıb.
Eyni zamanda, MSK sədri Qiorqi Kalandarişvili Marneuli Dairə Seçki Komissiyasını vəziyyətlə bağlı tezliklə məlumat almağa çağırıb.