Daxili İşlər Nazirliyi Koda-Tsalka-Ninotsminda avtomobil yolunda baş vermiş yol qəzası ilə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyi Koda-Tsalka-Ninotsminda avtomobil yolunda baş vermiş yol qəzası ilə bağlı bəyanat yayır

 
Daxili İşlər Nazirliyi Koda-Tsalka-Ninotsminda avtomobil yolunda baş vermiş yol qəzası ilə bağlı bəyanat yayır.

Nazirlikdən verilmiş məlumata əsasən, cari ilin oktyabrın 24-də təxminən saat 02:00-da Koda-Tsalka-Ninotsminda avtomobil yolunun 67-ci kilometrliyində Tsalkadan Koda kəndi istiqamətində hərəkət edən və 1979-cu il təvəllüdlü İ.Q.-nin idarə etdiyi “Ford” markalı avtomobil yaxınlıqda dayanmış iki yüngül avtomobildən düşən 4 vətəndaşı vurub.

“Toqquşma nəticəsində aldığı xəsarətlərdən 3 nəfər hadisə yerində, dördüncüsü isə klinikada dünyasını dəyişib. Baş vermiş faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Cinayətdə təqsirləndirilən İ.Q. saxlanılıb” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.