Daxili İşlər Nazirliyi Kirbala yaxınlığında baş vermiş faktla bağlı istintaq başladıb
Daxili İşlər Nazirliyi Kirbala yaxınlığında baş vermiş faktla bağlı istintaq başladıb

 
Gürcüstanın Daxili İşlər Nazirliyi Kirbala yaxınlığında baş vermiş faktla bağlı istintaq başladıb.

Bəyanatda qeyd edildiyi kimi, qurum istintaqa qətl və qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə başlayıb.

“Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları Qori Munisipalitetinin Kirbala kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən odlu silahdan açılmış atəş nəticəsində Gürcüstan vətəndaşının öldürülməsi və bir nəfərin qaçırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq azadlıqdan məhrum etməni nəzərdə tutan 109 və 143-cü maddələri ilə istintaq başladıblar” – Daxili İşlər Nazirliyindən bildirilib.

Qurumdan verilən məlumatda faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istintaq hərəkətlərinin aparıldığı deyilir.