Daxili İşlər Nazirliyi kibercinayət açdı - həbs edilənlər "Gürcüstan Bankı" və "TBC Bankın" vebsəhifələrinə bənzər veb-səhifələr açaraq, xalqdan pul alırdılar
Mərkəzi Kriminal Polis Departamentinin və Dövlət Təhlükəsizliyi xidmətinin Antikorrupsiuya Agentliyinin əməkdaşları birgə keçirdikləri intensiv operativ-istintaq tədbirləri nəticəsində, iki Türkiyə vətəndaşı və bir Gürcüstan vətəndaşını kibercinayətə görə Tbilisidə həbs etdilər.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini Mamuka Çelidze keçirdiyi brifinqdə verdi.
Həbs edilən şəxslər tərəfindən törədilən cinayət 2-dən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən edildi ki, cinayətkarlar vətəndaşların bank göstəricilərini qeyri-qanuni şəkildə öyrənib, onların hesablarından pul oğurlayırdılar.
Həbs edilən şəxslər sosiyal şəbəkə Facebook-da “Gürcüstan Bankı” və “TBC Bankın” vebsəhifələrinə bənzər veb-səhifələr açaraq, insanlara müxtəlif növlü internet-xidmətləri təklif edərək, onların bank göstəricilərini öyrənirdilər və oğurlanan məbləğləri başqa bankların hesablarına köçürürdülər.
Qeyd olunan şəxslər bu vaxta qədər vətəndaşlara 200 min lariyə qədər zərər verdilər.