Daxili İşlər Nazirliyi - İnternetlə narkotik maddələrin realizasiyasını həyata keçirən şəxslər həbs edildilər

Daxili İşlər Nazirinin müavini Natia Mezvirişvili bəyan edir ki, internetlə narkotik maddələrinin realizasiyasının cinayət sxeması aşkarlandı və iki nəfər həbs edildi.

Mezvirişvilinin bəyanatına görə, narkotik maddələrini almaq istəyənlər, həbs edilən şəxslərə onlayin applikasiyadan istifadə edərək, əlaqə saxlayırdılar.

“Daxili İşlər Nazirliyi həyata keçirdiyi kompleksli istintaq əməliyyatları nəticəsində, internetlə narkotik maddələri satan, 1991-ci il təvəllüdlü qadıı və 1994-cü il təvəllüdlü kişiyi Tbilisidə həbs edildi.

Cari ilin mayın 7-də, həyata keçirilən kompleksli istintaq əməliyyatları nəticəsində, məhkəmə qərarı əsasında, hər iki ittiham edilən şəxs narkotik maddələrin realizasiyası faktında yaxalandı.

Polis qadının maşınını yoxlayan zaman, satış üçün hazırlanan 43 ədəd paketləşdirilmiş narkotik maddə aşkarladı.

Qeyd olunan faktla bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsinin 4-cü hissəsinə əsasən, aparılır” – dedi Natia Mezvirişvili.