Daxili İşlər Nazirliyi “Güclü Gürcüstan” koalisiyasının Saburtalo qərargahında baş vermiş insidentlə bağlı zorakılıq maddəsi ilə araşdırmalara başlayıb

20:03, 18.01.2025

Daxili İşlər Nazirliyi “Güclü Gürcüstan” koalisiyasının Saburtalodakı qərargahında baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorakılıq törətmə (126-cı) maddəsi ilə istintaq başlayıb.

Məlumat üçün bildirək ki, “Lelo”nun üzvü Saba Buadze sosial şəbəkədə video paylaşaraq yazıb:
Saburtalo qərargahından “təsadüfən” çıxan təxribatçılar bizi söyüşlə, bıçaqla, daş atmaqla qarşıladılar”.

Oxşar