Daxili İşlər Nazirliyi Qırmızı bağda iki yeniyetməyi yaralamaqda şübhəli şəxsi yaxaladı
Daxili İşlər Nazirliyi Qırmızı bağda iki yeniyetməyi yaralamaqda şübhəli şəxsi yaxaladı

Daxili İşlər Nazirliyinin Tbilisi polis departamentinin Vake-Saburtalo idarəsinin əməkdaşları, həyata keçirdikləri axtarış əməliyyat tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü A.N.-yı, insan sağlamlığına qəsdlə zərər vermək ittihamı ilə həbs etdilər.

Qeyd olunan cinayət 3-dən 6 ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq nəticəsində məlum oldu ki, yanvarın 31-də, A.N., aralarında baş verən münaqişə nəticəsində, sabiq sinif yoldaşlarına soyuq silahla qarın və ürək bölqəsinə zərbə yetirdi və hadisə yerindən qaçdı.

Hüquqmühafizəçilər onu Tbilisidə həbs etdilər və cinayətin törədildiyi silahı da aşkarladılar.