Daxili İşlər Nazirliyi qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrini məhv etdi
Daxili İşlər Nazirliyinin ekspert-kriminalistik departamentinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda [lk’ ərazisində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində maddi d’lil kimi götürülmüş narkotik vasitələr məhv edildi. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, narkotik vasitələrin məhv edilməsi prosesində xüsusi daimi komissiyanın üzvləri iştirak edirdilər.
Ekspert-kriminalistik departamentinin əməkdaşları narkotik vasitələri və psixoaktiv maddələri Daxili İşlər nazirinin müvafiq əmri əsasında, məhkəmənin hökmündən sonra, xüsusi daimi komissiya üzvlərinin iştirakı ilə, mərhələ şəklində məhv edirlər.
Daxili İşlər Nazirliyi qanunsuz dövriyyədən götürülmüş, ümumi dəyəri qara bazarda 2,5 milyon lariyə yaxın olan narkotik vasitələri məhv etdi: 2553 ədəd “subutex” həbi; 2627,87 q “kokain”; 1 368 qram “heroin”; 94 qr. “metadon”; 53 065 kq “marixuana”; 753 kq. “çətənə”; tərkibində “amfetamin” olan 352 həb; 67 q yeni psixoaktiv maddə; 1050 ədəd yeni psixoaktiv maddə hissələri; tərkibində “preqabalin” olan 1144 kapsul.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz dövriyyədən dəlil kimi götürülən narkotik vasitələri müasir ekoloji standartlara riayət etməklə yüksək temperaturlu sobada məhv etdilər.