Daxili İşlər Nazirliyi - Fövqəladə Hallar Xidməti turizm mövsümünə hazırdır
Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti 2023-cü ilin yay turizm mövsümünə hazırdır. Bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, Batumidə turizm mövsümünə hazırlıqla xidmətin rəisi Teymuraz Mğebrişvili şəxsən tanış oldu və xilasedicilərə uğurlar arzuladı.
Mövsümün açılış mərasimində Acara hökumətinin sədri Tornike Rijvadze, fövqəladə halların idarə olunması xidməti rəislərinin müavinləri, Batuminin meri Arçil Çikovani və yanğın-xilasetmə qüvvələri departamentinin rəhbərləri iştirak edirdilər.
“Tədbir çərçivəsində Qara Dəniz sahilində həm quruda, həm də dənizdə xüsusi texnika və avadanlıqlar nümayiş etdirildi.
Rəsmi mərasimdən sonra yerində suda xilasetmə əməliyyatının simulyasiyası təşkil edildi, şəxsi heyətlə xüsusi texnika cəlb olundu”, – DİN-in məlumatında deyilir.