Daxili İşlər Nazirliyi - Devdorakidə quraşdırılmış ölçmə detektorundan Fövqəladə Halların İdarəedilməsi Xidmətinə siqnal bildirişi daxil olub, “Dariali”dən təhlükəsiz yerə təxliyə həyata keçirilib
Daxili İşlər Nazirliyi tərəfindən verilmiş bəyanata əsasən, Devdorakidə quraşdırılmış və çay yatağında axının minimal yüksəlməsi halında dəyişiklikləri qeydə alan ölçmə detektorundan saat 08:36-da Fövqəladə Halların İdarəedilməsi Xidmətinə siqnal bildirişi daxil olub.
Onların izahatına əsasən, daxil olmuş məlumat əsasında dərhal məlumatın yoxlanılmasına başlanılıb, eyni zamanda protokola uyğun olaraq patrul polisi, gömrük xidməti, sərhəd polisi və buraxılış məntəqəsində işləyən bütün özəl şirkətlərin işçilərinin “Dariali” sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz yerə təxliyəsi həyata keçirilib.
“Milli Ətraf Mühit Agentliyinin əməkdaşlarının və geoloqların olduğu sərhəd polisinin helikopteri əraziyə baxış keçirmək məqsədilə artıq havaya qaldırılıb.
Eyni zamanda, prevensiya məqsədilə Qveleti kəndi yaxınlığında avtomobil yolu bağlanıb. Bütün növ avtonəqliyyat vasitələri üçün hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.