Daxili İşlər Nazirliyi - Devdoraki vadisində mövcud vəziyyəti nəzərə almaqla, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Daxili İşlər Nazirliyi - Devdoraki vadisində mövcud vəziyyəti nəzərə almaqla, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

 

Daxili İşlər Nazirliyinin əməkdaşları Milli Ətraf Mühit Agentliyinin tövsiyəsi əsasında, Devdoraki vadisində hazırda mövcud vəziyyəti nəzərə almaqla, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyəti aradan qaldırıblar. Həmçinin, “Dariali” sərhəd buraxılış məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirir. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayır.

Nazirliyin izahatına əsasən, bu gün səhər Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinə “Devdoraki”də quraşdırılmış və çay yatağında axının minimal yüksəlməsi halında dəyişiklikləri qeydə alan ölçmə detektorundan siqnal bildirişi daxil olub.

“Daxil olan məlumat əsasında “Dariali” sərhəd buraxılış məntəqəsində olan bütün şəxslər dərhal təhlükəsiz yerə çıxarılıblar. Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri vasitəsilə Milli Ətraf Mühit Agentliyinin mütəxəssisləri Devdoraki-Amali vadisinə baxış keçirib və gözlənilən təhlükələri qiymətləndiriblər. Milli Ətraf Mühit Agentliyinin verdiyi məlumata əsasən, hazırda Devdoraki vadisində təhlükə səviyyəsi minimaldır” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.