Daxili İşlər Nazirliyi Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinin rəhbəri Qiorqi Qaldavaya xəsarət yetirilmə faktı üzrə həkimin saxlanılması haqqında rəsmi məlumat yayır
Daxili İşlər Nazirliyi Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinin rəhbəri Qiorqi Qaldavaya xəsarət yetirilmə faktı üzrə həkimin saxlanılması haqqında rəsmi məlumat yayır.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Şöbəsinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1942-ci il təvəllüdlü T.B.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə Tbilisi şəhərində saxlayıblar.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
İstintaq nəticəsində, müqəssirin cari ilin avqustun 5-də, Tbilisidə tibb müəssisələrindən birində qarşılıqlı mübahisə zəminində həmin müəssisənin direktoru – 1972-ci il təvəllüdlü Q.Q.-yə odlu silahdan atəş açaraq xəsarət yetirdiyi müəyyən edilib.
Polislər müqəssiri hadisənin baş verməsindən sonra tezliklə, isti izlərlə saxlayıblar.
Cinayət silahı maddi sübut kimi götürülüb.
Gürcüstan Cinayət Məcəlləsinin adam öldürməyə cəhdi nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq aparılır” -deyə məlumatda deyilir.