Daxili İşlər Nazirliyi dələduzluq işi ilə əlaqədar 6 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi dələduzluq faktını açıb, cinayətkar qrupun 6 üzvü saxlanılıb-bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
” Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6 nəfəri: 1976-cı il təvəllüdlü Ş.B., 1996-cı il təvəllüdlü M.Ch. , 1966-cı il təvəllüdlü N.X., 1988-ci il təvəllüdlü M.X., əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü, T. Ts. və 1971-ci il təvəllüdlü T.Q-ni saxlayıblar.
Onlar əvvəlcədən razılıq əsasında qrup tərəfindən külli miqdarda maddi ziyana səbəb olan dələduzluqda ittiham olunurlar. Cinayətlər 6 ildən 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.
İş üzrə aparılan istintaq nəticəsində məlum olub ki, təqsirləndirilən şəxslər 2022-ci ilin əvvəlində cinayətkar qruplaşma üzvləri ilə birlikdə maliyyə qurumlarından birinə məxsus külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməyi planlaşdırıblar. Bu niyyətin həyata keçirilməsi üçün şirkətlərdən birinin direktoru olan Ş.B. maliyyə qurumuna müraciət edərək post-terminal quraşdırılmasını tələb edib. Ş.B post-terminalı aldıqdan sonra cinayətkar qrupun üzvləri qanunsuz manipulyasiyalar nəticəsində aparatda dırnaq arası pre-avtorizasiya funksiyasını aktivləşdiriblər.
Müqəssirlər 2022-ci il yanvarın 27-dən yanvarın 31-də daxil olmaqla xaricdə qeydiyyatda olan bankın, müvafiq məbləğin olmadığı 2 plastik bank kartından istifadə edərək post-terminalda ümumilikdə 2 milyon 314 min 890 lari məbləğində 16 müxtəlif ödəniş həyata keçiriblər. Qeyri-qanuni tranzaksiyadan sonra qrup üzvləri ilkin razılığa əsasən, qısa müddətdə pulun bir hissəsinin şəxsi hesablarına köçürülməsini və vəsaitin nəğdləşdirilməsini təmin ediblər” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Qurumun məlumatına görə, onların cinayət əməli 975 530 lari maddi ziyana səbəb olub.
” Polis Ş.B.-yə məxsus avtomobilə baxış zamanı odlu silah, 1 ədəd patrondaş və 12 ədəd patron götürüb, təqsirləndirilən şəxsin silah saxlamaq hüququ olmayıb. Ş.B-nin idarə etdiyi şirkətin ofisində aparılan axtarış zamanı isə cinayətkar qrupun üzvlərinin cinayət törətdiyi post-terminal götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi avtomobilləri və mənzillərinə baxış zamanı külli miqdarda pul, plastik bank kartları, mobil və kompüter cihazları, eləcə də müxtəlif sənədlər götürüblər.
Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində müvafiq istintaq hərəkətləri həyata keçirilir.
Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 4-cü hissəsi, 180-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi və eyni maddənin 3-cü hissəsinin “b” yarımbəndi ilə istintaq aparılır, bu qanunsuz şəkildə odlu silah və döyüş sursatı gəzdirilməsi, eləcə də əvvəlcədən razılaşma yoluyla qrup tərəfindən külli miqdarda maddi ziyana səbəb olan “Dələduzluğ”-u nəzərdə tutur”- deyə DİN-in məlumatında qeyd olunub.