Daxili İşlər Nazirliyi daha iki nəfəri qruplaşmada iştirak etmək ittihamı ilə həbs edib
Daxili İşlər Nazirliyi daha iki nəfəri qruplaşmada iştirak etmək ittihamı ilə həbs edib

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində daha iki nəfər qrup halında zorakılıq törətməkdə təqsirli bilinərək yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 28 nəfər saxlanılıb.

“Biz Rustaveli prospektində keçirilən aksiyalar zamanı qrup zorakılığının təşkili, onlara rəhbərlik və ya iştirak etmək, zorakılıq aksiyalarına açıq çağırışlar barədə ictimaiyyətə məlumat vermək istərdik. Həmçinin partlayışın hazırlanması, polisə basqın etmə və əmlaka ziyan vurma faktları ilə bağlı Cinayət Məcəlləsinin 225, 239 prima, 187, 353 prima və 18-229 prima maddələri ilə aparılan istintaq barədə məlumat vermək istərdik.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində daha iki nəfər qrup halında zorakılıq törətməkdə təqsirli bilinərək yaxalanıb.

Həbs olunanlar: 1995-ci il təvəllüdlü İ.K. və xarici ölkə vətəndaşı, 1997-ci il təvəllüdlü S.K.

İstintaq müəyyən edib ki, Rustaveli prospektində keçirilən aksiyalar zamanı təqsirləndirilən şəxslər qrup halında zorakılıq xarakterli hərəkətlər edərək, asayiş keşikçilərinin qanuni tələblərinə müqavimət göstərərək tabe olmayaraq, onların istiqamətinə müxtəlif əşyalar atıblar. Daxili İşlər Nazirliyi əməkdaşlarının apardığı araşdırmalar çərçivəsində indiyədək 28 nəfər həbs edilib.

Burada ötən gecə Tbilisidə keçirilən etiraz aksiyası zamanı baş verən hadisələr və aksiya iştirakçılarının qanunsuz hərəkətləri barədə ictimaiyyətə məlumat vermək istərdik.

Daxili İşlər Nazirliyinin əməkdaşları bütün toplantı və nümayişlər zamanı olduğu kimi, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Rustaveli prospektində keçirilən toplantıya paralel olaraq səfərbər edilib.

Aksiya iştirakçıları əvvəlki iki gündə olduğu kimi, dinc şəraitdə etirazlarını bildirmək və aksiyanı davam etdirmək imkanı əldə ediblər.

Daxili İşlər Nazirliyi mitinq iştirakçılarına müvafiq müraciət ünvanlayıb ki, toplantı-mitinq dinc şəraitdə keçirilməli, qanunla müəyyən edilmiş çərçivədən kənara çıxmamalıdır.

Lakin yuxarıda deyilənlərə baxmayaraq, aksiyada bəzi şəxslərin hərəkətləri zorakılıq xarakteri alıb.

Mitinq iştirakçıları parlament binasına və onun qarşısında duran hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr atıblar. Daha sonra Çiçinadze küçəsində asayişi təmin etmək üçün orada olan polislər istiqamətində ağaca bərkidilmiş pirotexniki vasitələrdən atəş açılıb. Həmçinin, polis əməkdaşlarına qarşı şifahi söyülüb, onlara daş və müxtəlif ağır əşyalar atılıb.

Mitinq iştirakçılarının atdıqları pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb.

Mitinq iştirakçıları öz etirazlarını dinc yolla bildirmək üçün hüquq-mühafizə orqanlarının çoxsaylı müraciətlərinə baxmayaraq, yenə də qanunsuz əməllərini davam etdiriblər. Həmin vaxt Daxili İşlər Nazirliyi qanunla nəzərdə tutulmuş tədbirləri, o cümlədən qanunun icazə verdiyi xüsusi vasitələrdən istifadə edərək həyata keçirib.

Xüsusi vasitələrdən istifadə edilməzdən əvvəl iclas iştirakçılarına yerindəcə xəbərdarlıq edilib.

Mitinq iştirakçıları daha sonra Rustaveli prospektindən Qəhrəmanlar Meydanı istiqamətində hərəkət edərək, bu zaman magistralda avtomobillərin hərəkətini məhdudlaşdırıblar. Onlar qorunan şəxslərdən birinin şəxsi mühafizəsi olan avtomobilin sərnişinləri ilə münaqişəyə düşüblər”. – Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiya zamanı polis əməkdaşının qanuni tələbinə tabe olmamaqla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə xırda xuliqanlıq edən 48 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.