Daxili İşlər Nazirliyi Çoxatauridə baş verən qarşıdurma ilə bağlı qrup zorakılığı maddəsi ilə araşdırmalara başlayıb
Daxili İşlər Nazirliyi Çoxatauridə baş verən qarşıdurma ilə bağlı qrup zorakılığı maddəsi ilə araşdırmalara başlayıb

Daxili İşlər Nazirliyi Çoxatauridə baş verən qarşıdurma ilə bağlı Cinayət Məcəlləsinin qrup zorakılığına aid 126-cı maddəsinin birinci prima maddəsi ilə araşdırmalara başlayıb.

“Milli Hərəkat”ın məlumatına görə, “Gürcü Arzusu”nun üzvləri Quriyaya gələn “Milli Hərəkat” üzvləri ilə fiziki qarşıdurma yaradıb.

Partiyanın izah etdiyinə əsasən, qarşıdurma “Vahid Milli Hərəkat”ın yerli sakinlərə məlumat broşürləri payladığı və meydanın özgəninkiləşdirilməsinə etiraz etdiyi vaxt başlayıb.

“Kriminal Çiqoqidze bizi cinayətkar dostları ilə bizi qarşıladı. Burada Çoxataurinin maraqlarını təmsil edən insanlar yoxdur. Bunlar Çiqoqidzenin dostları və “klan”ıdır. Bu insanlar bizə fiziki hücum etdilər. Niyə? Çünki biz Çoxataurilərə Dumbadze meydanını özgələşdirmək istədiklərini söyləməməliyik. Budur, “Gürcü arzusu”nun siması. Bunlar zorakı və cinayətkardır”, – deyə “Milli Hərəkatın” üzvü Davit Mjavanadze.

“Gürcü arzusu” şəhər təşkilatının sədri, şəhər şurasının sədri İrakli Kuçava qeyd olunan ittihamı rədd edir.

“Mən Çoxatauridə deyiləm. Kadrlarda gördüyümdən “Gürcü arzusu”nun üzvlərindən heç biri orada olmayıb. Kənd təsərrüfatı bazarının yaxınlığında mübahisə yaranıb. Kadrlarda bu əhvalatın şahidi olan fraksiya sədri görünür və onun özü də iştirak etmədiyi görünür. Onlar “Gürcü arzusu”nu günahlandırmaq istəyirlər. Orada nə “Gürcü arzusu” üzvü və nə də deputatı yox idi”, – deyə İrakli Kuçava bildirib