Daxili İşlər Nazirliyi bir nəfəri insan alveri ittihamı ilə həbs edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Cinayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin baş bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində keçmişdə insan alveri ilə ittiham olunan 1975-ci il təvəllüdlü V.A. həbs olundu.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs insan alveri sxemi hazırlayıb və qeyd olunan sxemi tamamlamaq və əmək istismarını həyata keçirmək məqsədilə həyat yoldaşını Batumi şəhərində psixoloji təzyiq və fiziki cəza hədəsi ilə sədəqə toplamağa məcbur edib.
Həmçinin, istintaq müəyyən edib ki, saxlanılan şəxs əlavə gəlir əldə etmək məqsədi ilə əlilliyi olan şəxsi aldadaraq Tbilisi şəhərindən Kutaisi şəhərinə aparıb, orada müxtəlif küçə və magistral yollarda sədəqə toplamağa məcbur edib və cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin tam mənimsəyib.
Zərərçəkənlər müttəhimin tələblərini yerinə yetirməkdən imtina etdikləri halda onlara fiziki təzyiq göstərirmiş”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxs arasında insan alverinə aid 143-cü maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır. Cinayət 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müəllif -
Mehemmed Bayramaliyev