Daxili İşlər Nazirliyi Batumidə məktəblilərin yeniyetmələrə qarşı zorakılığı ilə bağlı araşdırmalara başlayıb
Daxili İşlər Nazirliyi Batumidə məktəblilərin yeniyetmələrə qarşı zorakılığı ilə bağlı araşdırmalara başlayıb.
Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirilib, yetkinlik yaşına çatmayanlar dindirilib.
Söhbət Batumidə dövlət məktəbinin şagirdlərindən birinin yaşıdları tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatdan gedir. Məlum olduğu kimi, həddi buluğa çatmayanlar fiziki qarşıdurma zamanı video çəkiblər və sonra videonu sosial şəbəkəyə yükləyiblər.
“Faktla bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Azyaşlılar da daxil olmaqla sorğular aparılıb. İstintaq hərəkətləri qanuna tam uyğun olaraq – valideynlər və sosial işçilərlə birlikdə aparıldı. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə araşdırma aparılır”, – deyə agentlik bildirib.