Daxili İşlər Nazirliyi Batumidə dənizdə baş verən partlayışla bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyi Batumidə dənizdə baş verən partlayışla bağlı bəyanat yayır

 

Daxili İşlər Nazirliyi Batumidə dənizdə baş verən partlayışla bağlı bəyanat yayır.

Bəyanatda qeyd edildiyi kimi, insidentlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin partlayışı nəzərdə tutan 229-cu maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

“Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi “112”yə Batumi şəhərində dənizdə baş vermiş partlayışla bağlı məlumat daxil olub. Bildiriş daxil olan kimi Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları, o cümlədən yanğınsöndürən-xilasedicilər, patrul polisi və kriminal polisin nümayəndələri hadisə yerinə gediblər. Həmçinin, minatəmizləyənlər də hadisə yerindədirlər. Hazırda bütün lazımi tədbirlər həyata keçirilir”- deyə yayılmış məlumatda deyilir.