Daxili İşlər Nazirliyi Batumi limanı ərazisində davam edən aksiya zamanı 9 vətəndaşın saxlanılması ilə əlaqədar məlumat yayır
Daxili İşlər Nazirliyi Batumi limanı ərazisində davam edən aksiya zamanı 9 vətəndaşın saxlanılması ilə əlaqədar məlumat yayır

 
Daxili İşlər Nazirliyi Batumi limanı ərazisində davam edən aksiya zamanı 9 vətəndaşın saxlanılması ilə əlaqədar məlumat yayır.

Daxili İşlər Nazirliyindən açıqlandığı üzrə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının çoxsaylı müraciətlərinə baxmayaraq, aksiya iştirakçıları onların qanuni tələblərinə tabe olmayıblar, nəticədə 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə saxlanılıb.

Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa çağırır.

Rusiya vətəndaşlarının olduğu kruiz laynerini Batumi limanında aksiya ilə qarşılayıblar.