Daxili İşlər Nazirliyi aprelin 8-də baş vermiş hadisə ilə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyi aprelin 8-də baş vermiş hadisə ilə bağlı bəyanat yayır

 
Gürcüstanın Daxili İşlər Nazirliyi aprelin 8-də baş vermiş hadisə ilə bağlı bəyanat yayır.

“Cari ilin aprelin 8-də patrul polis idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən yolun hərəkət hissəsinin kənarında avtomobil görüblər, avtomobilin sürücüsü polis əməkdaşlarını görən kimi avtomobili yerindən tərpədib, yolun hərəkət hissəsinin yan tərəfinə çırpılıb və gizlənməyə cəhd edib.

Patrul müfəttişləri dəfələrlə avtomobil sürücüsünü polislərin qanuni tələblərinə tabe olmağa çağırıblar. Polisin şəxsi sakitləşdirmək üçün çoxsaylı çağırışlarına baxmayaraq, içkili vəziyyətdə olan sürücü özünü aqressiv aparıb.

Avtomobildən endikdən sonra o, soyuq silah nümayiş etdirərək patrul müfəttişlərini öldürməklə hədələyib. Həmçinin o, ərazidəki polis əməkdaşlarından birini fiziki təhqir edib.

Dəfələrlə müxtəlif cinayətlərə görə mühakimə edilmiş sözügedən şəxs patrul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə istintaq aparılır” – bəyanatda qeyd olunub.