Daxili İşlər Nazirliyi - aksiyanın bütün iştirakçılarını qanunla icazə verilən çərçivədən kənara çıxmamağa, polisin tələblərinə tabe olmağa, siyasi liderləri zorakılıq çağırışlarına yol verməməyə çağırırıq
Gürcüstanın Daxili İşlər Nazirliyi parlament binası ətrafında keçirilən aksiya ilə bağlı bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, qurum aksiya iştirakçılarını qanunun icazə verdiyi çərçivədən kənara çıxmamağa çağırır.
“Daxili İşlər Nazirliyinin əməkdaşları qanun layihəsinin müzakirəsi ilə paralel olaraq Tbilisidə, parlament binasının ərazisinə, davam edən aksiya ilə əlaqədar səfərbər olunublar və ictimai asayişi qoruyurlar.
Daxili İşlər Nazirliyi asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasına görə məsuliyyət daşıyan qurum olaraq aksiyanın bütün iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamağa, ictimai asayiş normalarına və polisin qanuni tələblərinə riayət etməyə çağırır. Eyni zamanda, aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılıq çağırışlarına yol verməməyə və aksiyanın zorakılığa çevrilməməsini təmin etməyə çağırırıq. Aksiyanın gedişatı zamanı istənilən qanun pozuntusunun qarşısı polis tərəfindən qanun çərçivəsində dərhal alınacaq” – deyə məlumatda deyilir.