Daxili işlər nazirinin müavinləri və Temur Mğebrişvili indiyədək əlaqə saxlamaq mümkün olmayan vətəndaşların ailə üzvləri və yaxınları ilə birlikdə fəlakətin episentrinə uçublar
Gürcüstanın daxili işlər nazirinin müavinləri İoseb Çelidze, Qiorqi Butxuzi və Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili indiyədək əlaqə saxlamaq mümkün olmayan vətəndaşların ailə üzvləri və yaxınları ilə birlikdə fəlakətin episentrinə uçublar.
“Əraziyə baxış keçirmək üçün dronlardan istifadə edilib. Dünən Daxili İşlər Nazirliyinin nümayəndələrinin və təbii fəlakət zamanı itkin düşmüş vətəndaşların ailə üzvlərinin görüşü baş tutub, görüşdə onlar təbii fəlakət bölgəsindəki ağır vəziyyəti öz gözləri ilə görmək istəklərini bildiriblər.
Oni Munisipalitetində axtarış-xilasetmə əməliyyatı zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən təbii fəlakət bölgəsində 11 cəsəd tapılıb.
Artıq üçüncü gündür itkin düşən vətəndaşların axtarışları davam edir. İşə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğın-xilasediciləri, polis bölmələri, pilotsuz uçuş aparatları, xüsusi texnika və sərhəd polisi helikopteri cəlb olunub. Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin bir qrup kinoloqu da işlərə cəlb olunub.