Daxili İşlər Nazirinin müavini - Mayın 17-də planlaşdırılan tədbirdə təhlükəsizlik normaları qorunacaq
Daxili İşlər Nazirinin müavini Natia Mezvirişvilinin bəyanatına görə, mayın 17-də planlaşdırılan aksiyalarda təhlükəsizlik normaları qorunmuş olacaq.
Mezvirişvilinin jurnalistlərə bəyan etdiyinə görə, polis tərəfindən aksiya iştirakçılarının qorunması maksimal şəkildə təmin ediləcək.
“Tədbir keçiriləcək, aksiya iştirakçıları yığılacaqlar və bütün bu məsələlərlə bağlı onlarla əvvəlcədən danışıqlar aparacağıq” – dedi Natia Mezvirişvili.
Mayın 17-də ailə müqəddəsiliyi ilə bağlı bir necə tədbir keçiriləcək. Paralel olaraq isə, yayılan məlumata görə, LGBT insanlar qrupunun paradı keçiriləcək.