Daxili işlər nazirinin müavini BMT-nin qaçqınlar üzrə ali komissarlığının Gürcüstandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü
Daxili işlər nazirinin müavini BMT-nin qaçqınlar üzrə ali komissarlığının Gürcüstandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü

Daxili işlər nazirinin müavini, Aleksandre Daraxvelidze BMT-nin qaçqınlar üzrə ali komissarlığının Gürcüstandakı nümayəndəliyinin rəhbəri, Kemlin Purli ilə görüşdü.

Daxili İşlər Nazirliyinin məlumatına görə, nazir müavini DİN-in miqrasiya idarəsində aparılan struktur islahatları və kadr potensialının artırılması ilə bağlı müsbət xəbərlər barədə qonağa məlumat verdi. Tərəflər Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Gürcüstan üçün sərhəd və miqrasiya idarəetmə fəaliyyəti” (BMMAG) layihəsini ətraflı müzakirə etdilər. Layihə 2022-2023-cü illərdə həyata keçiriləcək və digər sahələrlə yanaşı, sığınacaq siyasətinin və onun hüquqi bazasının Avropa standartlarına yaxınlaşdırılması üçün bir sıra tədbirləri əhatə edir.

Görüşün sonunda Aleksandre Daraxvelidze Kemlin Purliyə və BMT-nin Qaçqınlar üzrə ali komissarlığına bu illər ərzində Daxili İşlər Nazirliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.