Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi İdarəsinin əməkdaşları, həyata keçirdikləri istintaq-axtarış əməliyyatı nəticəsində, 1992-ci il təvəllüdlü G.B.-yı soyğun ittihamı ilə həbs etdi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq aşkarladı ki, ittiham edilən şəxs Tbilisidə, Çarqali küçəsində, “Vissol” şirkətinin yanacaq doldurma stansiyasına hücüm edib, operatoru silahla təhdidi edərək, 290 lari məbləğində pul alıb qaçıb.
Qeyd olunan cinayət 8-dən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Hüquqmühafizəçilər soyğunçuyu, hadisədən bir neçə saat sonra həbs etdilər.