Daxili işlər naziri Vaxtanq Qomelauri Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğradığı Qudauriyə gedib
Daxili işlər naziri Vaxtanq Qomelauri Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğradığı Qudauriyə gedib

 
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğradığı Qudauriyə, hadisə yerinə gedib.

Vaxtanq Qomelauri hələlik jurnalistlərə açıqlama verməyib.

Parlament çoxluğunun üzvü Aluda Ğuduşauri hadisə yerindədir.

Qudauridə Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb. Helikopterlə Qudauridə düşmüş paraplançıların xilasetmə əməliyyatı aparılırdı.

Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda, helikopterin göyərtəsində 8 nəfərin olduğu deyilir.