Daxili İşlər naziri Tbilisidə hücum nəticəsində yaralanmış patrul-inspektor Merab Qavtaradzeni ziyarət edib

15:11, 08.06.2026

Gürcüstanın Daxili İşlər naziri Sulxan Tamazaşvili, Patrul Polis Departamentinin direktoru Levan Maisuradze ilə birlikdə Tbilisinin Çuğureti rayonunda baş verən hücum nəticəsində yaralanmış patrul-inspektor, polis mayoru Merab Qavtaradzeni ziyarət edib.

DİN-in məlumatına görə, nazir həkimlərdən onun sağlamlıq vəziyyəti barədə məlumat alıb, yaralı polis əməkdaşına tezliklə sağalmasını arzulayıb və göstərdiyi cəsarətə görə təşəkkür edib.

“Patrul-inspektora patrul xidməti zamanı bıçaqlı bir şəxs hücum edib. Merab Qavtaradze və polis mayoru Giorgi Dzadzamiya patrul zamanı bir şəxsin başqa bir nəfəri yaraladığını və əlində bıçaqla onu təqib etdiyini görüblər. Hüquq-mühafizəçilər həmin şəxsi dayandırmağa çağırıblar, lakin o, tələblərə tabe olmayaraq onlara hücum edib. Patrul-inspektorlar həmin şəxsi şübhəli kimi saxlayıblar”, – deyə qurumun məlumatında bildirilir.

Oxşar