Daçi Beraia və Qiorqi Vaşadze arasında fiziki qarşıdurma yaşanıb
Daçi Beraia və Qiorqi Vaşadze arasında fiziki qarşıdurma yaşanıb

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin dindirildiyi parlamentdə fiziki qarşıdurma baş verib.

Mübahisə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin tribunada çıxışı zamanı “Gürcü Arzusu”nu Rusiyanın maraqlarını güdməkdə ittiham etməsindən sonra yaranıb.

Vaşadze zalda öz yerini tutandan sonra onunla “Xalqın Gücü”nün üzvü Daçi Beraia arasında sözlü mübahisə baş verib. Söyüşlər eşidilib, daha sonra deputatlar arasında fiziki qarşıdurma baş verib.

Hazırda iclas salonunda vəziyyət sakitləşib.