"Daily Mail" - Sağlamlıq problemlərinə görə, Vladimer Putin gələn ilin yanvar ayında vəzifəsindən istefa edəcək
"Daily Mail" - Sağlamlıq problemlərinə görə, Vladimer Putin gələn ilin yanvar ayında vəzifəsindən istefa edəcək

Sağlamlıq problemlərinə görə, Vladimer Putin gələn ilin yanvar ayında vəzifəsindən istefa edəcək, – bu haqda məlumatı Britaniya medyası Moskvadaki mənbəsinə istinadən yayır.

“Daily Mail”-in məlumatına görə, Kremlin məşhuir tənqidçisi, professor Valeri Solovey bəyan edir ki, Rusiya prezidentində Parkinson xəstəliyini simptomlarının olduğu ehtimal olunur.

Solovey bəyan edir ki, Putinin partnyoru Alina Kabaeva və övladları Maria Vorontsova və Katerina Tixanova Rusiya prezidentini vəzifəsini tərk etməyə çağırırlar.

“İstefa planları barədə o yanvar ayında danışacaq. Putin yaxında yeni baş nazir təyin edəcək, hansı ki, onun son varisi olacaq” – deyir Valeri Solovey.

Britaniya medyasının məlumatına görə, müşahidəçilər Putinin son görüntülərini öyrəndilər, hansında bəlli olur ki, Rusiya prezidentinin sağlamlıq problemləri var.

Medyada yayılan məlumata Rusiya prezidentinin administrasiyası cavab verib.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin xəstəliyi ilə bağlı şaiələri “axmaqlıq” adlandırdı və bəyan etdi ki, Rusiya prezidentinin sağlamlıq vəziyyəti əladır.