“Daha yaxşı təhsil naminə debatlar” layihəsi çərçivəsində dərs prosesinə debat fənninin tədrisi tətbiq edilib
“Daha yaxşı təhsil naminə debatlar” layihəsi çərçivəsində Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə əməkdaşlıqla cari tədris ilində ilk dəfə debat fənninin tədrisi tətbiq edilib. Məlumatı Gürcüstanın Debatlar və Təhsil İnstitutu yayır.
Onlar debatların ümumtəhsil məktəblərində seçim fənni olaraq monitorinqdən artıq uğurla keçdiyini bildiriblər.
Gürcüstanın Debatlar və Təhsil İnstitutunun yaydığı məlumata əsasən, dərs fənninin tətbiqi üçün layihə çərçivəsində bütün Gürcüstandan 20- ən motivasiyalı və uğurlu debat klubu rəhbəri seçilib, onlar yenidən hazırlıq nəticəsində debatı seçim fənni olaraq aktiv şəkildə tədris etməyə başlayıblar.
Qeyd edildiyi kimi, layihə Qudavadze-Patarkatsişvili Fondu tərəfindən dəstəklənir.
“Debatın bir fənn olaraq tədrisi prosesində həftəlik dərslər keçirilir, prosesdə formal debat üsulları öyrədilir və şagirdlərdə əyləncəli aktivliklərlə akademik tədrisdə kömək edən bacarıqlar inkişaf etdirilir. Bundan əlavə, debat dərslərinin, müəllimlərin davamlı inkişafına və fənnin uğurlu tədrisinə töhfə verən sistemli şəkildə nəzarət/monitorinqi aparılır.
“Daha yaxşı təhsil naminə debatlar” layihəsi şagirdlər arasında azad və müstəqil vətəndaş bacarıqlarını inkişaf etdirmək və konstruktiv müzakirə, arqumentasiya, material tapmaq, natiqlik, komanda şəklində işləmək, vaxtın idarə edilməsi, rəqibə hörmət və s. kimi bacarıqların formalaşmasına kömək etmək məqsədi daşıyır”-deyə Gürcüstanın Debatlar və Təhsil İnstitutunda açıqlayırlar.