Daha beş deputat – Eka Sepaşvili, Viktor Caparidze, Davit Kacharava, Daçi Beraia və Zaal Mikeladze “Xalqın Gücü” hərəkatına qoşulub.
Bu barədə hərəkatın üzvü Sozar Subari bugünkü brifinqdə məlumat verib.
“Hərəkatın parlament tərkibi genişlənir. Belə ki, parlament komandamıza beş deputat – Eka Sepaşvili, Viktor Caparidze, Davit Kacharava, Daçi Beraia və Zaal Mikeladze əlavə olunacaq. Ümumilikdə hərəkatımız Gürcüstan parlamentində doqquz deputatla təmsil olunacaq” – deyə Sozar Subari bildirib.