Dağlıq Qarabağın de-fakto iqtidarı Azərbaycanın silahlı qüvvələrini Stepanakertə raket zərbələri endirməklə ittiham edir
Dağlıq Qarabağın de-fakto iqtidarı Azərbaycanın silahlı qüvvələrini Stepanakertə raket zərbələri endirməklə ittiham edir

Tanınmamış Dağlıq Qarabağın de-fakto iqtidarı Azərbaycanın silahlı qüvvələrini Stepanakertə raket zərbələri endirməklə ittiham edir.

Erməni medyasının yazdığına görə, raket hücumları nəticəsində binalar və mağazalar dağılıb, qaz borusu zərər görüb və avtomobillər yanıb.

Eyni zamanda, Ermənistan tərəfi cənub istiqamətində Azərbaycanın xüsusi bölməsinin və bir neçə ədəd hərbi texnikasının məhv edilməsi ilə bağlı məlumat yayır.

Öz növbəsində, Azərbaycanın Müdafiyə Nazirliyi bəyan edir ki, Dağlıq Qarabağın münaqişə zonasında hərbi əməliyyatlar bütün gecə ərzində, müxtəlif intensivliklə davam edirdi. Nazirlik Ermənistan tərəfini, Azərbaycanın silahlı qüvvələrinin müdafiyə pozisiyalarına doğru atəş etməklə ittiham edir.

Azərbaycanın Müdafiyə Nazirliyi bəyan edir ki, qarşı tərəf bir neçə istiqamətdə pozisiyalarını tərk edib və geri çəkilib.

Azərbaycan prezidentinin yardımçısı Hikmət Hacıyev sosiyal şəbəkədə yazır ki, qarşı tərəfin atdığı “Smerç” tipli raket Göranboy rayonunun bir kəndində, yaşayış evin həyətinə düşüb.