Dağlıq Qarabağda Rusiya-Türkiyə müşahidəçi mərkəzi yanvarın 30-da işləməyə başlayacaq
Dağlıq Qarabağda Rusiya-Türkiyə müşahidəçi mərkəzi yanvarın 30-da işləməyə başlayacaq

Dağlıq Qarabağda Rusiya-Türkiyə müşahidəçi mərkəzi yanvarın 30-da işləməyə başlayacaq.

Bu haqda məlumatı erməni medyası yayır.

Yayılan məlumata görə, atəşkəs reminin müşahidəçi mərkəzində 60 rus və 60 türk hərbi xidmətçisi işləyəcək. Monitorinq isə, müxtəlif vasitələrlə və həmçinin, pilotsuz uçan aparatların istifadəsi ilə həyata keçiriləcək.

Keçən ilin  dekabrın əvvəlində Moskva və Ankara arasında birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı danışıqlar başa çatdı və razılaşma imzalandı.