Dağlıq Qarabağda rus-türk nəzarət mərkəzinin yaradılması məsələsi noyabrın 13-də müzakirə olunacaq
Noyabrın 13-də, Rusiya nümayəndə heyyəti Dağlıq Qarabağda rus-türk nəzarət mərkəzinin yaradılması məsələsinin müzakirəsi üçün Türkiyəyə gedəcək.
Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında verdi.
Bununla bağlı məlumatı rus medyası yayır.
“Biz Qarabağla bağlı Rusiyanın mövqeyinə önəm veririk. Cümə günü Türkiyəyə Rusiya nümayəndə heyyəti gələcək və Dağlıq Qarabağda rus-türk nəzarət mərkəzinin yaradılması məsələsinin detalları müzakirə ediləcək”- dedi Mevlut Çavuşoğlu.
Onun dediyinə görə, Rusiya nümayəndə heyyətinin səfərindən sonra, Türkiyə Azərbaycanla yenə danışıqlar aparacaq.
Çavuşoğlunun dediynə görə, rus-türk nəzarət mərkəzinin yerləşəcəyi yer isə, Azərbaycan iqtidarı ilə komunikasiyadan sonra məlum olacaq.