Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs razılaşması qüvvəyə minib
Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs razılaşması qüvvəyə minib.
Dünən Moskvada Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlərinin 11 saatlıq danışıqlarından sonra qoyulan razılaşmaya əsasən, münaqişə zonasında, oktyabrın 10-da, saat 12:00-dan humanitar məqsədlə, həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi üçün, atəşkəs qüvvəyə mindi.
Bununla yanaşı, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə, münaqişələrin tənzimlənməsinin baza prinsiplərinə dayanaraq, münaqişənin sülh yolu ilə həll edilməsi üçün”substansiyalı danışıqlara” keçəcəklər.